Haqqımızda

Azərbaycan Boks Federasiyası 1924-cü ildə yaradılıb. 1926-cı ildə ilk dəfə olaraq boks üzrə Azərbaycan çempionatı keçirilib.

Azərbaycan Boks Federasiyası 1924-cü ildə yaradılıb. 1926-cı ildə ilk dəfə olaraq boks üzrə Azərbaycan çempionatı keçirilib. 1926-cı ildə Azərbaycanın ən güclü boksçuları Zaqafqaziya çempionatında iştirak edib və qalib olublar. 1929-cu ildə Azərbaycan – Türkiyə beynəlxalq görüşü keçirilmişdir. Azərbaycan Boks Federasiyası 1992-ci ildən AİBA və EABA-nın tam hüquqlu həqiqi üzvü olub.

2022-ci il fevralın 9-da Azərbaycan Boks Federasiyasının hesabat-seçki konfransı keçirilib. Sahil Babayev yekdilliklə federasiyanın prezidenti seçilib. 
Federasiyanın vitse-prezidentləri Vüsal Nəsirli və Vasif İsmayılov, İdarə Heyətinin üzvləri isə Fuad Hacıyev və Rövşən Hüseynovdur.

Vizyonumuz

Milli boksumuzu vahid liderlik altında toplayaraq yeni nailiyyətlərə doğru irəliləmək

Missiyamız

Azərbaycan Boksunu tanıtmaq, milli boksçuları dəstəkləmək və boks dəyərlərini və ənənəsini qorumaq.

Dəyərlərimiz

Qarşılıqlı hörmət, dürüstlük, etika, məsuliyyət, daimi yenilik, şəffaflıq və səmərəlilik